MN: “Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb”backend

MN: "Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb"

Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb.

Bildiririk ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil.

Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*