MN: “Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır”backend

MN: "Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır"

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*