Mobil telefonlardan POS-terminal kimi də istifadə ediləcəkbackend

Mobil telefonlardan POS-terminal kimi də istifadə ediləcək

“Azərbaycan Banklar Assosiasiyası”​ (ABA) İctimai Birliyinin nəzdindəki işçi qrup​ “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na təklif edilən əlavə və dəyişiklikləri Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə birgə müzakirə edib.

KONKRET.az xəbər verir ki, müzakirələr çərçivəsində əsasən yeni nəsil innovativ POS-terminal şəbəkəsinin formalaşdırılması və mövcud prosesin daha da təkmilləşdirilərək effektivliyin yüksəldilməsi üzrə əlavə və dəyişikliklərə toxunulub.

Təklif edilən dəyişikliklərə qabaqcıl ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi mobil telefonlardan POS-terminal olaraq istifadə edilməsi və rəqəmsal ödənişlərin qəbul edilməsi də daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*