Moldova XİN: “İstanbulda terror aktından sonra 3 vətəndaşımız saxlanılıb”backend

Moldova XİN: "İstanbulda terror aktından sonra 3 vətəndaşımız saxlanılıb"

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatına son qoyan terror aktından sonra respublikanın 3 vətəndaşının Bolqarıstanda saxlanması ilə bağlı məlumatı təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan üç nəfərin ölkəmiz vətəndaşlığı təsdiqlənib”, – nazirliyin açıqlamasında bildirilir. Xarici İşlər Nazirliyi terror aktını pisləyib və Moldova hakimiyyətinin birgə təhqiqata açıq olduğunu bəyan edib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*