“Monako” məğlubiyyətdən qaçıb, “Nitsa” əzmkar qələbə qazandıbackend

"Monako" məğlubiyyətdən qaçıb, "Nitsa" əzmkar qələbə qazandı

Bu gün Fransa Liqa1-də I turun daha 4 oyunu keçirilib.
 
KONKRET.az saytının məlumatına görə, “Monako” Avropa Liqası iştirakçısı “Reyms”i qəbul edib.

Qonaqlar erkən qollar sayəsində 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, Knyazlıq klubu məğlubiyyətdən qaçmağa müvəffəq olub.

Çempionatın debütantı “Loryen” doğma arenasında “Strasburq”la qarşılaşıb. Qonaqlar ilk yarıda hesabı açsalar da, fasilədən sonra “Loryen” rəqib qapısından 3 cavabsız top keçirərək qalib gəlib.

Avropa Liqasında Fransanı təmsil edəcək “Nitsa” isə Liqa1-in digər debütantı “Lans”ı sınağa çəkib. “Lans” penaltidən vurduğu erkən qol sayəsində önə keçib. Ancaq Amine Quirinin dublu “Nitsa”ya əzmkar qələbə qazandırıb.

Turun “Monpelye” – “Lion” (15 sentyabr), PSJ – “Mets” (16 sentyabr) və “Marsel” – “Sent-Etyen” (17 sentyabr) oyunları təxirə salınıb.

Fransa Liqa1
I tur
23 avqust

15:00. “Monako” – “Reyms” – 2:2
Disasi, 45+2; Badiaşi, 55 – Dia, 5; Ture, 21
17:00. “Loryen” – “Strasburq” – 3:1
Vissa, 51, Qrbiç, 60, Hamed, 87 – Çairi, 30
17:00. “Nim” – “Brest” – 4:0
Dankey, 8, Melinq, 31, Filippoteaks, 69, Kone, 84
19:00. “Nitsa” – “Lans” – 2:1
Quiri, 23, 75 – Kakuta, 11 (pen.)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*