Monqolustan cəzalandırılacaq – Putini həbs etmədiklərinə görəbackend

Monqolustan cəzalandırılacaq - Putini həbs etmədiklərinə görə

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini həbs etməkdən imtina etdiyinə görə Monqolustanı cəzalandırmaq qərarına gəlib.

KONKRET.az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə BCM bəyanat yayıb.

Bildirilib ki, üzv dövlətlər qərarları icra etməkdə öhdəlik götürürlər:

“İştirakçı dövlətlər və məhkəmənin yurisdiksiyasını qəbul edənlər, rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin orderlərinə tabe olan şəxsləri həbs etmək və təslim etmək öhdəliyinə malikdirlər. Monqolustanın Məhkəmə ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, Palata bu məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib”.

Xatırladaq ki, Putin sentyabrın 2-3-də Monqolustanda rəsmi səfərdə olub. O, ölkə rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin Xalxin Qol çayında Sovet və Monqolustan silahlı qüvvələrinin Yaponiya hərbi qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak edib.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*