“Moskva razılaşması uzunmüddətli barışıq yolunda ilk addım olacaq” – KAVANObackend

"Moskva razılaşması uzunmüddətli barışıq yolunda ilk addım olacaq" - KAVANO

Kerri Kavano Qarabağla bağlı razılaşmaları şərh edib.

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın Avrasiya Münaqişələrinin Həlli üzrə Xüsusi Nümayəndəsi Kerri Kavano vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında Moskva atəşkəsinin razılaşması Qarabağdakı uzunmüddətli barışıq yolunda ilk addım olacaq.

O, atəşkəsi “çox ümidverici bir addım” adlandırıb.

“Bu atəşkəs növbəti qalıcı sülhün qorunub saxlanılmasının daha geniş bir müzakirəsidir. Bu, bir razılığa gedən ilk addımdır, lakin sonrakı razılaşma münaqişənin həlli olmayacaq, uzunmüddətli atəşkəs olacaq”.

Kavano daha aktiv danışıqların gələn həftə Moskvada başlayacağına ümid etdiyini bildirib. Diplomat ümid edir ki, danışıqları yalnız atəşkəsə deyil, həm də münaqişənin həqiqi həllinə yönəltmək mümkün olacaq.

“Bu qədər gərgin döyüşlərdən sonra kompromisli bir həll yolu tapmaq çətindir”, deyə diplomat vurğulayıb.

 

  • Aslan
    Oktyabr 10, 2020 - 16:38

    O dığalar qırılmayınca ağıllanmaz !
    Atəşkəs rejimi olmayacaq. Tülkü paşinyan yeni təxribat axtarışındadır.
    Atətin minsk qrupu alçaq bir qrupdur.
    Bu münaqişəni elə yaradan onların dövlətləridir. Onlar bu münaqişəni həll edə bilməzlər. Bu qrupda Türkiyə Pakistan mütləq olmalıdır. Yoxsa hər şey fiyasko! erməni terrorçularını açıq şəkildə dəstəkləyən fransa ,erməniləri qafqazda yerləşdirib ermənistanı yaradan rusiya, yoxsa erməni diasporunun güclü olduğu iki üzlü ABŞ! Bunlarla olmaz.
    Böyük Erdoğan görək nə deyəcək?

Aslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*