Moskvada məşhur qəzetin binasına BASQIN EDİLDİbackend

Moskvada məşhur qəzetin binasına BASQIN EDİLDİ

Moskvada “Moskovski Komsomolets” qəzetinin fəaliyyət göstərdiyi binada silahlı və maskalı şəxslərin iştirakı ilə ciddi insident qeydə alınıb. Binaya daxil olan naməlum qrup heç bir rəsmi sənəd təqdim etməkdən və məqsədlərini açıqlamaqdan qəti şəkildə imtina edib.

KONKRET.az xəbər verir ki, qəzetin baş redaktoru Pavel Qusev hadisənin təfərrüatları barədə danışıb. Onun sözlərinə görə, maskalı şəxslər birbaşa media qurumunun redaksiyasına deyil, binada icarəçilərin yerləşdiyi korpusa daxil olaraq üçüncü mərtəbəni nəzarətə götürüblər.

“Əllərində silah və çəkic olan maskalı şəxslər üçüncü mərtəbəni şkaflarla bağlayaraq barrikada qurublar”, – deyə baş redaktor hadisə anını təsvir edib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. İlkin araşdırmalara görə, baş verən insidentin qəzetin jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hazırda redaksiya heyəti öz işini normal rejimdə davam etdirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*