“Rusiyada miqrasiya problemi açıq şəkildə deyil, ekspert dairəsində müzakirə olunmalıdır”.
KONKRET.az xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani Assambleyasının rəhbəri, Moskvanın müftisi Albir Kqanov bu sözləri Rusiyanın İctimai Palatasında keçirilən dəyirmi masada deyib.
“Biz problemi müzakirə etməliyik, o insanlarla ki, həqiqətən də bu məsələni dərindən bilirlər. Mətbuat olmadan dəyirmi masalarda nə baş verdiyini müzakirə etmək daha məqsədəuyğundur”.
Onun fikrincə, “Hakimiyyət orqanları özləri miqrant probleminin həlli üçün konkret təkliflər irəli sürməlidirlər. Bu məsələdə asan həll yolları ola bilməz, hər bir addımı ölçüb-biçmək vacibdir”, – deyə o vurğulayıb.
Bütün Rusiyada federal səviyyədə müxtəlif idarələrdən miqrant probleminin mümkün həlli ilə bağlı təşəbbüslər eşidilir. Bu isə xoşməramlı məqsədləri kölgə altına qoyur.
Natiq Səlim,
KONKRET.az
