backend

"Mövcud durumla bağlı iş saatlarına dəyişiklik edilib” - Hikmət Hacıyev

“İstər özəl, istər dövlət müəssisələrində məhdud sayda işçilərin işə çağırılması ilə bağlı tapşırıqlar verilib”.

KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə ictimai nəqliyyatda sıxlığın azaldılması üçün iş saatlarına da dəyişiklik edilib:

“Pik saatlar nəzərə alınmaqla işin başlama və bitmə saatları müvafiq qrafik şəklində dəyişdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*