Möylə Mirzəliyevin son durumu açıqlandıbackend

Möylə Mirzəliyevin son durumu açıqlandı

Aktyor Möylə Mirzəliyevin vəziyyəti ağır olaraq qalır.

KONKRET.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, aktyorun müalicəsi reanimasiya şəraitində davam etdirilir:

“Möylə Mirzəliyev həmçinin böyrək çatışmazlığı problemi yaşayır. Bu səbəbdən davamlı hemodializ olunur”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub. Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o, uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Aktyor vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*