MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başladıbackend

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başladı

Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2022-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər.

Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu – yanvarın 5-dən başlayıb.

Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*