MSK sədri Dairə və Məntəqə Seçki Komissiyalarının sədrlərinə xəbərdarlıq etdibackend

MSK sədri xəbərdarlıq etdi

“Növbəti seçkilərdə fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri olmayacaqlar”.

KONKRET.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar:

“Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq. Onların hər biri ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*