ABŞ və İsrailin bombardmanları zamanı İranın Ali lideri Müctəba Xameneinin aldığı xəsarətlər onun xarici görünüşünü eybəcər hala salmayıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, məlumatda qeyd olunur ki, Xameneinin xəsarətləri hər hansı bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb:
“Ali rəhbərin aldığı travmalar onun üzünün və ya ümumilikdə xarici görünüşünün eybəcərləşməsi ilə nəticələnəcək xarakterdə deyil”.
Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər vermişdi ki, Tehranın mərkəzindəki iqamətgaha endirilən zərbədən sonra 56 yaşlı Xameneinin üzü tanınmaz hala düşüb, həmçinin hər iki ayağı ciddi zədələnib.
