Müəllimlər məktəbdə SİLAH gəzdirəcəkbackend

Müəllimlər məktəbdə SİLAH gəzdirəcək

ABŞ-ın Ohayo ştatında müəllimlərə 24 saatlıq təlimdən sonra məktəblərdə silah gəzdirməyə icazə verən qanun qəbul edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ohayo ştatının qanunverici orqanı tərəfindən qəbul edilən qanun layihəsi qubernator Mayk De Vayn tərəfindən imzalanıb.

De Vayn yerli “WFMJ” radiosuna bildirib ki, məktəblərə qarşı artan silahlı hücumlara qarşı tədbir görülməlidir:

“Məktəbdə polisin olması ən yaxşısıdır, lakin hər məktəb bu imkana malik deyil”.

Digər tərəfdən Ohayo Müəllimlər Federasiyası və Ohayo Təhsil Assosiasiyası yaydıqları birgə bəyanatda qanunu “təhlükəli və məsuliyyətsiz” adlandırıb.

Qeyd edək ki, ABŞ-ın 28 ştatında müəllimlər məktəb rəhbərliyinin icazəsi ilə məktəbə silah gətirə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*