15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək.