Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQALbackend

Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL

Xəbər verdiyimiz kimi, müğənni Nura Suri bələdiyyənin xidmətindən narazılığını bildirərək əmlak vergisi ödəsə də, qarşılığında xidmət görmədiyini bildirib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bundan sonra Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev müğənni Nura Surini məhkəməyə verəcəyini bildirib.

Sədr müğənnidən bələdiyyəyə gəlməsini istəyib: “Nura Suridən xahiş edirəm, gəlsin Nərimanov bələdiyyəsinə, ona göstərim ki, bütün bələdiyyələr nə işlərlə məşğuldur. Sabahdan hazırlaşıram Nura Surini məhkəməyə verəcəm və ona göstərəcəm ki, yığılan pullar hara gedir”.

Suri isə cavabında hansı hüquqi əsasla məhkəməyə verəcəyini maraqla gözlədiyini deyib: “Nərimanov rayonu mənim ərazim deyil. Statusumda nə kimisə təhqir etmişəm, nə də kiminsə ünvanına böhtan xarakterli ittiham səsləndirmişəm. Vergi ödəyicisi olaraq, sadəcə, qanuni sual vermişəm: yığılan əmlak vergiləri hansı işlərə xərclənir və bələdiyyənin fəaliyyəti nədən ibarətdir? Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi vətəndaşa fikir bildirmək və məlumat almaq hüququ verir. Yerli büdcəyə yığılan vəsait ictimai vəsaitdir və onun necə xərcləndiyini soruşmaq tam qanunidir. Əgər həqiqətən görülən işlər və hesabatlar varsa, bunu məhkəmə hədəsi ilə yox, şəffaf şəkildə ictimaiyyətə təqdim etmək daha doğru olardı. Bir cümlədə bu qədər qrammatik, sintaktik və üslub səhvi olan insanın məni “məhkəmə” ilə hədələməsi doğrudan da maraqlıdır. Yazıda nə durğu işarəsi var, nə düzgün cümlə quruluşu, nə də rəsmi ünsiyyət tərzi. Şərhiniz tamamilə emosional və savadsız formada yazılıb. Xüsusilə özünü bələdiyyə əməkdaşı kimi təqdim edən şəxsdən ən azından dövlət qurumuna uyğun yazı mədəniyyəti və rəsmi üslub gözlənilir”.

 

Nizamnamə | ABMA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*