Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundubackend

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

Müharibə ilə bağlı xarici mediaya məlumat ötürdüklərinə görə Şərqi Azərbaycan əyalətində 2 nəfərin əmlakı müsadirə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bununla yanaşı Kanada və Britaniyada mühacirətdə yaşayan iki həmədanlının da İrandakı əmlaklarının müsadirə olunduğu bildirilib.

Əmlakı müsadirə olunan şəxslər “ölkənin təhlükəsizliyi və milli maraqlarına qarşı fəaliyyət göstərmək”də günahlandırılıblar.

Qeyd edək ki, müharibə başlayandan bu günə kimi eyni ittihama görə xaricdə yaşayan onlarla iranlının əmlakı müsadirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*