Mülk üstündə qırğına çıxdılar, evi yandırdılar – FOTOLAR – VİDEObackend

Mülk üstündə qırğına çıxdılar, evi yandırdılar - FOTOLAR - VİDEO

Bu gün axşam saatlarında Xaçmaz rayonunun Qaradağlı kəndində yanğın hadisəsi baş verib.

KONKRET.az-ın şimal bölgəsi xəbər verir ki, ilkin ehtimallara görə sərxoş olan kənd sakini Asəf Məmmədov qardaşına məxsus ikimərtəbəli mənzili yandırıb. Hadisə zamanı evdə heç kəs olmayıb. Kənd sakinləri yanğın barədə FHN və rayon polis şöbəsinə məlumat verib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Qeyd edək ki, ev Asəf Məmmədovun qardaşına məxsusdur. O evi kənd sakini Mirzəyev Əkrəm Gülağa oğluna satıb. Qardaşı isə buna etiraz olaraq evi yandırmaq qərarına gəlib. Hadisə yerinə gələn ev sahibləri ilə evi yandıran şəxs arasında insident yaşanıb. Hər iki tərəf polis şöbəsinə aparılıb. Faktla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Cəlal FƏRZƏLİYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*