Münaqişənin həlli erməni xalqından asılı deyil – Ermənilərin Alternativ Layihələr Qrupubackend

"Münaqişənin həlli erməni xalqından asılı deyil" – Ermənilərin Alternativ Layihələr Qrupu

Ermənistanın Alternativ Layihələr Qrupu Robert Koçaryanın hakimiyyətə doğru start götürməsini doğuran səbəblərlə bağlı analitik material dərc edib.

Qrup araşdırmada xüsusi olaraq vurğulayır ki, Rusiya Prezidenti Vladimir Putinin Robert Koçaryana son məktubu təsadüfi deyil. Məqalədə vurğulanır ki, bu, ilk belə mətn deyil və Ermənistanda hamının başa düşəcəyi bir kontekstə malikdir. Bu kontekst rəsmi Moskva tərəfindən bütün günü milli televiziyalarında təbliğ etdiyi siyasi kursun elementidir. Ancaq bu məsələnin bir tərəfidir – cari və siyasi. Kursun daha dərin tərəfləri də var.

Rəsmi Moskva Putinin dili ilə yenidən danışıb. Çünki mesaj şəxsi istəklərdən daha çox fövqəldövlətin rəhbərinin regionda yeni siyasi tərtibatla bağlı strategiyasına xidmət edir. Amma bu yenilənmədə“köhnə lider” anlayışı var. Putinin “Siz Zaqafqaziyanın təhlükəsizliyinə və sabitliyinə mühüm töhfə verdiniz” deməsi ona anlam verir ki, Koçaryan bu xidmətlərini davam edə bilər.

Senari aydındır. Deməli, “günahsız” məhbus həbsdən çıxıb növbəti seçkilərdə iştirak zamanı mütləq qələbə qazanır və Rusiya ilə Zaqafqaziyanın yeni tərtibində can-başla iştirak edir. Analitik qrup Koçaryanın dövründə Azərbaycanla müqayisəsiz dinc şəraitdə yaşadıqlarını xatırladır. Və vurğulayır ki, bu, Rusiyanın tam maraqlarına cavab verirdi.

Analitik materialda belə bir sual da qoyulur: Koçaryan hansı mexanizmlərlə bütün Cənubi Qafqazın təhlükəsizliyinə və sabitliyinə böyük töhfə verib?

Cavaba baxın: Mexanizmlər əslində ikidir.

  1. a) Ermənistan Azərbaycanla təkcə iqtisadi inkişaf baxımından deyil, silahların kəmiyyəti ilə yanaşı texnoloji səviyyəsi baxımından da tarazlığı qoruyub;
  2. b) Rusiya ilə etibarlı strateji əlaqələr dərinləşib. Yəni o qədər strateji ki, Rusiyanın dəstəyi ilə Cənubi Qafqazda uzun illərdir təhlükəsizlik və sabitliyi təmin etmək mümkün olub.

Analitik qrupun yazısından da aydın olur ki, Paşinyanın siyasəti Rusiyanı heç bir halda qane etmir və səbirlə, sivil yolla onun getməyini gözləyir. Yeri gəlmişkən, bu tipli gözləmə özünü Qırğızıstanda da göstərir. Aydın məsələdir ki, Ermənistan Cənubi Qafqazın sabitliyini təmin edəcək güc mərkəzi deyil. Lakin Ermənistan bu təhlükəsizlik və sabitliyə Rusiyanın təbirincə öz töhvəsini daha yaxşı verə bilər. Paşinyan isə qızışdırıcı mərhələdədir və odla oynayır. Qrup hesab edir ki, Koçaryan Ermənistanı sağlam siyasət, super güclərlə balanslı münasibətlər qura biləcək yeganə liderdir.

“Zaqafqaziyada təhlükəsizlik və sabitlik” prinsiplərinə Sərkisyan sona qədər riayət edə bilmədi və prezident kürsüsündən oldu. Paşinyanı da bu aqibət gözləyə bilər. Ermənistanın hazırkı iqtidarı başa düşməlidir ki, əfsanələrə uymaq olmaz. Münaqişənin həlli erməni xalqından asılı deyil. Ona görə də sülh və sabitliyə sadiqlik Ermənistanı və “dqr”i davamlı inkişafa apara bilər. Hərbi, diplomatik, müttəfiq siyasəti ilə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik qorunmalıdır.

Hazırladı: Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*