Müsavat partiyasının qərargahına hücum olub.
KONKRET.az-ın xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı bildirib.
O qeyd edib ki nəmalum şəxslər bu gecə Müsavatın qərargahına girib:
”Dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.

