“Müsəlman ölkələri İsraillə əlaqələri kəsməlidir” – Xameneibackend

"Müsəlman ölkələri İsraillə əlaqələri kəsməlidir" - Xamenei

“Müsəlman ölkələrinin elitaları öz dövlətlərinin hakimiyyət orqanlarına təsir göstərməlidir ki, onlar İsraillə iqtisadi əlaqələri kəssinlər və ona dəstəyi dayandırsınlar”.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə İranın ali dini lideri Əli Xamenei çıxış edib.

Xamenei vurğulayıb ki, onun fikrincə, siyasətçilər, elm adamları və media nümayəndələrinin də daxil olduğu İslam dövlətlərinin elitaları ictimaiyyəti məlumatlandırmalı və müsəlman ölkələrinin xalqını öz hökumətlərindən “sionist rejimə güclü zərbə vurmağı tələb etməyə çağırmalıdır.

“Bu, müharibəyə getməyi nəzərdə tutmur və yalnız “sionist rejim”lə iqtisadi əlaqələrin kəsilməsi deməkdir”, – deyə Əli Xamenei əlavə edib.

İslam respublikasının lideri qeyd edib ki, elita insanların diqqətini Qəzzada baş verən insan faciələri ilə ABŞ-ın “sionist rejim”ə dəstəyi arasında əlaqəyə yönəltməlidir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*