Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçdibackend

Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçdi

Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.

KONKRET.AZ xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.

Özbəkistan eyni vaxtda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*