Nadir çəhrayı almaz rekord qiymətə hərraca çıxarıldıbackend

Nadir çəhrayı almaz rekord qiymətə hərraca çıxarıldı

Unikal çəhrayı “Fancy Vivid” brilyant üzük Nyu-Yorkda Christie’s tərəfindən 35 milyon dollara hərraca çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, 13,15 karatlıq “Fancy Vivid” dekabrın 6-da Rokfeller Mərkəzində hərraca çıxarılacaq.

Qeyd edək ki, noyabrın əvvəlində Cenevrədə keçirilən hərracda 18,18 karatlıq nadir “Fortune” çəhrayı almazı 28 milyon dollara satılıb. Oktyabr ayında isə Sotheby’s Honq-Konqda 11,15 karatlıq “Williamson Pink Star” yastıq formalı almazı 57,7 milyon dollara satıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*