“Namaza oyaq qalmasaydım, sağ qalmaq şansım yox idi” – Futbolçu zəlzələ anından DANIŞDIbackend

"Namaza oyaq qalmasaydım, sağ qalmaq şansım yox idi" - Futbolçu zəlzələ anından DANIŞDI

“Səhər namazını gözlədiyim üçün zəlzələni oyaq şəkildə qarşıladım”.

KONKRET.az-ın “Fotomaç”a istinadən xəbərinə görə, bu sözləri Fransa mediasına açıqlamasında Türkiyənin “Hatayspor” klubunun kamerunlu futbolçusu Kevin Soni deyib.

24 yaşlı hücumçu bildirib ki, zəlzələ zamanı qorxu dolu anlar yaşayıb:

“Mən dindar insanam. Namazı saat 06:40-a gözləməli olacaqdım. Zəlzələ anında yatsaydım, həyatda qalmaq şansım yox idi. Əvvəlcə, özümü 7-ci mərtəbədən atmaq istədim. Amma bina çökmədən oradan çıxa bildim. Yanımda insanların vəfat etdiyini gördüm. Böyük travma yaşadım”.

Forvard deyir ki, belə anlarda həyatda hər şeyin boş olduğunu anlayırsan:

“Hər kəs evini, maşınını buraxıb, sığınacaq üçün yer axtarır. Yaşadıqlarımız film kimi idi. Həyatıma və futbola başlayandan bəri mənə ən çox qəribə gələn, təəccübləndirən bir hadisə idi. Hələlik burada qalıb-qalmayacağımla bağlı bir qərar verməmişəm” – deyə K. Soni qeyd edib. demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*