Nant kilsəsindəki yanğın söndürüldübackend

Nant kilsəsindəki yanğın söndürüldü

Fransanın Nant şəhərində XV əsrə aid Müqəddəs Pyotr və Pavel kafedral kilsəsində baş verən yanğın tam söndürülüb.

KONKRET.az xəbər verir ki, bu bərədə yanğınsöndürmə briqadasının sözçüsü Jerom Lanqlua bildirib.

Hadisə yerinə Fransanın Baş Naziri Jan Kasteks, Daxili İşlər naziri Jerald Darmanen və Mədəniyyət naziri Rozelin Başlı da gəlib.

Artıq şəhərin prokurorluğu kilsəsinin qəsdən yandırılması ilə bağlı təhqiqata başlayıb. Yanğının baş verməsinə əsas kimi kriminal versiya göstərilib.

Yanğınsöndürənlər səhərə qədər kilsənin daxilinə heç kəsi buraxmayacaqlar. Buna səbəb yanğınla bağlı dəlillərin itə bilmə ehtimalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*