Narkotik alverçiləri suya düşən polisləri xilas etdibackend

Narkotik alverçiləri suya düşən polisləri xilas etdi

İspaniyada narkotik vasitə alverçiləri qayıqları toqquşduqdan sonra suya düşən Mülki Qvardiyanın əməkdaşlarının köməyinə yetişib.
KONKRET.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, polis Malaqa əyaləti sahillərində cinayətkarların həbs olunması üzrə əməliyyat keçirirmiş. Hüquq-mühafizə orqanları narkotik vasitələrin daşınmasında şübhəli bilinən dörd nəfərin qaçmağa çalışdığı kateri təqib etməyə başlayıb. Lakin təqib qəza ilə nəticələnib. Sürətlə hərəkət edən qayıqlar toqquşub və üç polis əməkdaşı dənizə düşüb.
Əməliyyatda iştirak edən helikopterdəki polislər vəziyyətin təhlükəli olduğunu görərək mikrofon vasitəsilə cinayətkarları köməyə çağırıb. Yekunda xilas olunan polislər qayıqda üç ton həşiş aşkarlayaraq xilaskarlarını həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*