Narkotikin təsiri altında olan sürücülər həbs edildilər – FOTObackend

Narkotikin təsiri altında olan sürücülər həbs edildilər - FOTO

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar.

KONKRET.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib.

Narkotikin təsiri altında olan sürücülər həbs edildilər - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*