Nasistlərin gizli bunkerləri tapıldı – Normandiyadabackend

Nasistlərin gizli bunkerləri tapıldı - Normandiyada

“Expedition Unknown” tədqiqat layihəsinin üzvləri Fransanın şimalında, Normand bölgəsindəki sahillərdə qazıntılar apararkən 1944-cü ildə məşhur “D-Day”ın enişi zamanı müttəfiq qüvvələrə qarşı istifadə edilən, İkinci Dünya Müharibəsindən qalan gizli nasist bunkerlərini aşkar ediblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu kəşf haqqında təfərrüatlı sənədli film fevral ayının sonunda Discovery kanalında yayımlanacaq.

Fox News kanalı ekspedisiyanın işi haqqında məlumat toplayıb.

Layihə rəhbəri Josh Gates bildirib ki, qrup nasistlərin 75 il ərzində gündüz işığı görməyən bunkerlərini kəşf edib:

“Yeraltı gizlədilmiş qapıları tapdıq və dağıdıb içərik girdik. Bunların hər biri üç-dörd böyük otaqdan ibarət olan iki böyük bunkerdir.

Bizə yerin altındakı əşyaları tapmağa lazer kömək etdi. Bu texnologiya indi arxeoloqlar tərəfindən geniş istifadə olunur.

İçəridə bəzi əşyalar tapıldı. Məsələn, alman qaz maskaları, döyüş sursatları və əsgər kaskaları. Bunkerlərin araşdırması göstərdi ki, döyüş zamanı yandırılıb”.

Tədqiqatçılar bu ərazidə qazıntı işlərinin davam etdiriləcəyini deyiblər.     

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*