Riqa Stradins Universiteti və Riqa Geosiyasi Araşdırmalar Mərkəzi sorğu keçirib.
KONKRET.az-ın xəbərinə görə, sorğuda NATO-ya üzv 20 ölkədə yaşayan 31 000-dən çox insana “ölkəniz üçün döyüşərdinizmi?” sualı ünvanlanıb.
Nəticələrə görə, “Ölkəm üçün döyüşərdim” deyən respondentlərin ən yüksək dərəcəsi 88 faizlə Türkiyə olub.
Bu rəqəmlər Albaniyada 69%, İsveçdə 66%, Finlandiyada 64%, Monteneqro və Yunanıstanda isə 63% səviyyəsində ölçülüb.
Eyni zamanda Norveçdə 61%, Litvada 52%, Polşa və Sloveniyada 49% olub.
Maraqlıdır ki, bu on ölkədən altısında məcburi hərbi xidmət var. NATO-nun ən güclü üzvlərindən biri olan ABŞ-da “Ölkəm üçün döyüşəcəm” deyənlərin sayı cəmi 37% təşkil edib.
Ən az faizi toplayan ölkələrdən biri də İtaliya və Slovakiyadır. Onlar 25% səs toplayıblar.
Dəniz Pənahova
KONKRET.az
