“NATO Türkiyə üzərində İran raketinin ələ keçirilməsindən sonra kollektiv təhlükəsizlik nizamnaməsinin 5-ci maddəsini tətbiq etməyi planlaşdırmır”.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Ali Komandanlığının sözçüsü Martin O’Donnell Polşa televiziyasına açıqlamasında deyib.
O, bunun baş verməsi üçün hələlik heç bir əlamətin olmadığını qeyd edib.
“Lakin Türkiyə və ya hər hansı digər NATO üzvü belə bir imkana malikdir”, – deyə Martin O’Donnell vurğulayıb.
NATO Nizamnaməsinin 5-ci maddəsində deyilir ki, əgər alyansın üzv ölkələrindən birinə silahlı hücum edilərsə, bu, bütövlükdə bloka hücum deməkdir və müttəfiq ölkələr zərərçəkən tərəfə yardım göstərməyə borcludurlar.
Qeyd edək ki, martın 9-da İran Türkiyəyə növbəti dəfə raket atıb.
