NATO Kosovanı dialoqa ÇAĞIRDIbackend

NATO Kosovanı dialoqa ÇAĞIRDI

NATO-nun Kosovo Sülhməramlı Qüvvələri (KFOR) Kosovoda avtomobil nömrələrindən istifadə ilə bağlı mübahisələrdən sonra münaqişələrin konstruktiv dialoq yolu ilə həllinə çağırıb.

KONKRET.az xəbər verir ki, KFOR-un verdiyi açıqlamada Kosovoda hər kəsə görə təhlükəsiz mühitin qorunması üçün vəziyyətin yaxından izləndiyi, Serbiya və Kosovo hökumətləri, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirildiyi bildirilib.

Bəyanatda deyilir: “Biz hər kəsi konstruktiv dialoq vasitəsilə fikir ayrılıqlarını həll etməyə və müzakirə etməyə çağırırıq. Cəmiyyətə tərəqqi gətirin! Fikirlərinizi sülh yolu ilə bildirin və barışıq axtarın!” bəyanatda bildirilib.

Qeyd edək ki, Kosovoda avtomobil nömrələrinin istifadəsi ilə bağlı inkişaflar son aylarda gərginliyə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*