“NATO münaqişəni dondurmaq istəmirsə, döyüşsün” – Lavrovbackend

"NATO münaqişəni dondurmaq istəmirsə, döyüşsün" - Lavrov

“Əgər NATO Alyansın baş katibi Yens Stoltenbeqin dili ilə bir daha bəyan edirsə ki, onlar Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədirlər, deməli, onlar döyüşmək istəyirlər. Yaxşı, döyüşsünlər!”

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı münaqişənin dondurulmasına qarşı olduqlarını deyirsə, o zaman qoy döyüşsünlər. Rusiya diplomatiyasının rəhbəri vurğulayıb ki, Rusiya buna hazırdır:

“Biz Ukrayna ətrafında yaranmış vəziyyətdə NATO-nun məqsədlərini çoxdan başa düşürük. Bu məqsədlər dövlət çevrilişindən sonra uzun illər formalaşıb. İndi NATO onları həyata keçirməyə çalışır”, – deyə o bildiirb.

Lavrovun sözlərinə görə, Qərbdə bəzi siyasətçilər və ekspertlər tədricən ayıqlaşır və yer üzündə baş verənlərin əsl səbəblərini anlayırlar.

“Əgər onlar Rusiyaya qarşı müharibə aparmadıqlarını bəyan etsələr də, əslində, Ukrayna rejiminə silah verməklə, kəşfiyyat məlumatlarını, peyklərdən məlumat ötürmələrlə bunu edirlər. Bunlar olmasaydı Ukraynadakı vəziyyət çoxdan başa çatmışdı, bu, əslində onların Rusiyaya qarşı elan edilmiş hibrid müharibənin və qaynar müharibənin birbaşa iştirakçısı olduqlarının etirafıdır”.

  • Vuqar
    İyun 21, 2023 - 05:51

    Lavrov rəsmən yalvarır ki, müharibə dayansın!😁😁😁

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*