NATO-nun baş katibi Yens Stoltenberq vəzifəsini TƏRK EDƏCƏKbackend

NATO-nun baş katibi Yens Stoltenberq vəzifəsini TƏRK EDƏCƏK

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk etmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibinin sözçüsü Oana Lungesku bildirib.

“O, mandatının daha uzadılmasına cəhd etmək niyyətində deyil”, – Lungesku deyib.

Daha əvvəl “Welt am Sonntag” diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, onun səlahiyyət müddətini 2024-cü ilin aprelinə qədər uzatmaq üçün 30 ölkə arasında qeyri-rəsmi razılıq əldə olunub.

Stoltenberqin mandatı artıq üç dəfə uzadılıb, o, doqquz ilə yaxındır ki, vəzifədədir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*