NATO-nun HƏDİYYƏSİ – Rusiya tutulması mümkün olmayan raketlərlə SİLAHLANIRbackend

NATO-nun HƏDİYYƏSİ - Rusiya tutulması mümkün olmayan raketlərlə SİLAHLANIR

“Sarmat” qitələrarası raketinin sınaqları 2022-ci il ərzində davam edəcək. Bununla belə, Rusiya artıq qarşısını almaq mümkün olmayan raketlərlə silahlanır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Roskosmos dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin bildirib. Roqozinin qeyd etdiyi kimi bu, NATO-nun hədiyyəsidir.

Roqozin əlavə edib ki, 2022-ci il ərzində Rusiyanın ən yeni qitələrarası raketi olan “Sarmat”ın sınaqları davam edəcək: “Testlər bu il ərzində davam edəcək. Baxmayaraq ki, biz artıq payızın sonunda ilk seriyalı raketləri döyüş növbəsinə buraxmağı planlaşdırırıq”, – Roqozin deyib.

Test proqramına əsasən “Sarmat”ın ilk buraxılışı artıq 20 aprel 2022-ci ildə baş tutub. Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, dizayn xüsusiyyətləri uçuşun bütün mərhələlərində təsdiqlənib. Dmitri Roqozin uğurlu buraxılışı “NATO-nun hədiyyəsi” adlandırıb.

“Sarmat” raketləri niyə bu qədər uğurludur?

Roqozinin sözlərinə görə, bu raketin qarşısını almaq mümkün deyil. İndi Rusiya Müdafiə Nazirliyində də bildirilib ki, yeni daşıyıcı dünyada ən güclüdür. Bu raketlər Rusiyanın strateji nüvə qüvvələrinin döyüş qüdrətini artıracaq hədəfləri məhv etmək üçün geniş diapazona malikdir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*