“NATO Ukraynanın alyansla tam qarşılıqlı fəaliyyətə keçməsi üçün “yol xəritəsi” hazırlayır”.
KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Biz Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə etdik. Müttəfiqlər Ukraynanın NATO-ya üzv olması ilə bağlı razılığa gəldilər. İndi biz Ukraynada prioritet islahatlar, o cümlədən korrupsiya ilə mübarizə, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının dəstəklənməsi ilə bağlı tövsiyələr vermişik.
Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır. Biz onları üzvlük yolunda, eləcə də Ukraynanın azadlıq mübarizəsində dəstəkləməyə davam edəcəyik”, – deyə Stoltenberq mətbuat konfransında bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
