NATO rəsmisindən çağırış: “Rusiya ilə böyük savaşa hazırlaşmalıyıq”backend

NATO rəsmisindən çağırış: “Rusiya ilə böyük savaşa hazırlaşmalıyıq”

“NATO yaxın iki onillikdə Rusiya ilə müharibəyə hazırlaşmalıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer alyansa üzv ölkələrin və İsveçin baş qərargah rəislərinin yanvarın 17-18-də keçirilən görüşünün yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən bildirib.

“Biz başa düşməliyik ki, NATO qüvvələri Rusiya ilə münaqişəyə tam hazır olmalıdır. Müharibə baş verərsə, daha çox insanın xidmətə cəlb edilməsinə imkan verəcək bir sistem də hazırlanmalıdır”, – deyə Rob Bauer vurğulayıb.

O, əlavə edib ki, NATO kifayət qədər tez silah və sursat istehsal edə bilən sənaye bazasının əsası qoyulmalıdır: “Bunun vaxtı çatıb”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*