NATO Türkiyədə raket kompleksi yerləşdirdi – Nə baş verir?backend

NATO Türkiyədə raket kompleksi yerləşdirdi - Nə baş verir?

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin şərqində, Malatya vilayətində NATO qüvvələri tərəfindən Patriot zenit-raket komplekslərinin yerləşdirildiyini açıqlayıb. Bu addım Türkiyənin hava məkanının qorunmasını gücləndirmək məqsədilə, Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda atılıb.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, “Türkiyə Silahlı Qüvvələri ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə tam qərarlıdır. Regiondakı son hadisələrlə əlaqədar sərhədlərimizin və hava məkanımızın qorunması üçün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır”.

Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO da hava və raket hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirib. Bu çərçivədə, hava məkanının qorunmasına dəstək məqsədilə Patriot sistemi Malatya vilayətinə yerləşdiriləcək.

Qeyd edək ki, bir gün əvvəl İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raket müdafiə qüvvələri tərəfindən neytrallaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İranın Türkiyə torpaqlarına raket hücumlarını qınayaraq, bunları ikitərəfli münasibətlərə qarşı təhrikedici və təhlükəli addım adlandırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*