NATO rəhbərliyi Şimali Atlantika Alyansının iyulun 11-12-də Litvanın paytaxtında keçiriləcək sammiti ərəfəsində Vilnüsdə təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib,
KONKRET.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, NATO-nun Vilnüs şəhərini “əsl qalaya” çevirmək istəyi tədbirin Litvanın Belarusla sərhədindən 30 km, Rusiyanın Kalininqrad vilayətindən isə 150 km aralıda keçirilməsi ilə bağlıdır.
Agentlik yazır ki, 16 NATO üzvü sammitin təhlükəsizliyini təmin etmək üçün yerli qüvvələrlə birgə çalışacaq minə yaxın hərbçi göndərib. Bundan əlavə, iştirakçılar qabaqcıl hava hücumundan müdafiə sistemləri göndərməklə Baltikyanı ölkələri əlavə hava məkanının mühafizəsi ilə təmin edəcəklər.
Polşa və Almaniya Litvaya döyüş helikopterləri ilə xüsusi cavab bölmələri, Böyük Britaniya və Fransa isə pilotsuz uçuş aparatları göndərib.
Reuters qeyd edir ki, səkkiz Alman Patriot kompleksi Vilnüs hava limanının yaxınlığında yerləşirdirilib. Onlar əsasən Kalininqrad vilayətinə, daha ikisi isə Belarusa yönəlib. Vilnüs sakinlərinə yolların bağlı olması səbəbindən sammit müddətində şəhəri tərk etmək tövsiyə olunub.
İyulun 11-12-də keçirilməsi planlaşdırılan NATO sammiti Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bəri dördüncüdür. Əvvəllər alyans üzvləri onu iki ildə bir dəfə keçirirdilər. Birinci gün dövlət başçılarının görüşü, həmçinin alyansın işinə həsr olunmuş ictimai forumun keçirilməsi planlaşdırılır. İkinci gün isə dövlət və hökumət başçılarının görüşü baş tutacaq.
Sammitdə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı gözlənilir. NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə Ukraynanı alyansa qoşulmağa yaxınlaşdıracaq çoxillik dəstək paketinin təsdiqləndiyini açıqlayıb.
Burhan,
KONKRET.az
