Naxçıvan Vedidən ATƏŞƏ TUTULDU – Müdafiə Nazirliyibackend

Naxçıvan Vedidən ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyi

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*