Qazaxıstanın xarici siyasət konsepsiyasından ölkənin birinci prezidenti Nursultan Nazarbayevin xalqa təşəbbüslərlə müraciət etmək hüququ çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu qərarı hazırkı prezident Qasım-Jomart Tokayev qəbul edib.
Prezidentin fərmanı ilə konsepsiyanın bir sıra müddəaları Qazaxıstanın yeni Konstitusiyasına uyğunlaşdırılıb. Qazaxıstanın xarici siyasət təşəbbüslərini irəli sürə biləcəyi beynəlxalq platformalar sırasında sənəddə artıq yalnız Astana Beynəlxalq Forumu saxlanılıb.
Qeyd edək ki, Konstitusiyanın yenilənməsi ilə bağlı ümumxalq səsverməsi mart ayında keçirilib. Yeni Konstitusiyanı seçicilərin ümumi sayının 87,15 faizi dəstəkləyib.
Ağagül Mürsəlov,
KONKRET.az
