Nazaryan: “Biz Türkiyənin qarşısında diz çöküb baş əyməkdən imtina etməliyik”backend

Nazaryan: "Biz Türkiyənin qarşısında diz çöküb baş əyməkdən imtina etməliyik"

“Keçirəcəyimiz məşəl yürüşünün bir məqsədi var. Erməni xalqı Türkiyənin soyqırımda birbaşa əli olduğunu düşünür və hesab edir ki, türklər buna görə cavab verməlidir. Ermənistanın təslim olan hökumətinə cavab olaraq, biz inkar siyasətini rədd etdiyimizi və tələblərimizin müdafiəsinə qalxmağı tələb etdiyimizi göstəririk”.

KONKRET.az xəbər verir ki, bunu aktiv erməni siyasətçi Sevak Nazaryan bildirib.

“Biz deyirik ki, ləyaqətli münasibət göstərmək lazımdır. Biz Türkiyənin qarşısında diz çöküb baş əyməkdən imtina etməliyik, çünki onların xahişi ilə Ermənistanda soyqırımdan söhbət getmədiyini deyirlərsə, bu cinayəti aşağılayırlar. Bunu edənlər sonra deyəcəklər: türklərlə dostluq etməyə bizə nə mane olur? Bəli, belə bir şey deyənlər 109 il əvvəl baş verənlərə inanmaya bilər, ancaq bir neçə ay əvvəl Artsaxda (Qarabağda – red) soyqırım baş verdi”, – deyə Nazaryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti İrəvandan kənarda yaşayan ermənilərin informasiya blokadasında yaşaması üçün hər şeyi edir, yalnız yalan və təhrif olunmuş məlumatlar alır: “Əminım ki, bu hakimiyyət gedəndən sonra vətən uğrunda mübarizə aparan cəmiyyətin də olması mümkün olacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*