Nazir mavini qazilər və şəhid ailələrinin sosial müdafiəsinə dair görülən işləri açıqladıbackend

Nazir mavini qazilər və şəhid ailələrinin sosial müdafiəsinə dair görülən işləri açıqladı

“Qazilər bizim fərəh, qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq”.

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Anar Kərimov deyib ki, bu sahədə əlavə tədbirlərə ehtiyac var: “Biz 15 min qazi ilə paralel olaraq, təqribən 86 min müharibə veteranı ilə işlər aparırıq. Paralel olaraq Birinci Qarabağ müharibəsi ilə bağlı da müəyyən işlərimiz gedir. Eyni zamanda qanunvericilikdə yalnız şəhid ailələri və müharibə əlilliyi olan şəxslərdən söhbət gedir. İndiyə kimi 3 min qazimizin əlilliyi müəyyən edilib, eyni zamanda 5000 nəfər şəhadətlənib. Bu da o deməkdir ki, biz paralel olaraq TƏBİB, Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə çalışırıq. Ağır və yüngül xəsarət alanlar da var. Bunların sayı minlərlədir və onlarla da işlər görülür. Ağır və yüngül xəsarətə görə də minlərlə qazimiz ödənişlər alıb. Bu rəqəmlər əslində bir az da genişlənir”.

Nazir müavini qeyd edib ki, paralel olaraq məşğulluq tədbirlərini görürlür: “İndiyə qədər sırf postmüharibə və Vətən müharibəsi kontingentini biz toplasaq, 17 min qazilərimizlə iş aparılıb. Bunlardan 12 mini hər hansı bir şəkildə işlə təmin edilib. Ola bilsin ki, gözlənti daha da çoxdur. 2500 qazimiz müalicə alıb, 20 min reabilitasiya vasitəsi bu şəxslərə verilib”.

Anar Kərimov qazilər üçün ayrıca müraciətlərin qəbulu sisteminin yaradılmasına da münasibət bildirib: “Ötən ilin iyun ayında biz Vahid Əlaqələndirmə mərkəzləri yaratmışıq. Bu mərkəzlər ümumilikdə 48 rayonu əhatə edir. Bu 1 il ərzində 41 min müharibə veteranı, sırf şəhid ailələri, qazilər, müharibə iştirakçıları bu mərkəzlərdən istifadə edib. 93 mini isə mərkəzlərə gəlmədən elektron şəkildə bundan bəhrələnə bilib. Bu mərkəzlərdə yalnız ƏƏSMN nümayəndələri deyil, Müdafiə Nazirliyi, TƏBİB, Səfərbərlik, Səhiyyə Nazirliyi, İTSDA-nın nümayəndələri iştirak edir. Bu mərkəzlərdə dediyimiz kontingent üçün ayrıca növbələri var”.

Anar Kərimov ictimai işlərlə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyindən bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*