Nazir rəisi işdən çıxardıbackend

Nazir rəisi işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib.

KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.

Kəmaləddin Heydərov daxili xidmət mayoru Ceyhun Ramazanovu Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib. Ona “polkovnik-leytenant” rütbəsi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*