Gevorq Tamamyan: “Səhiyyə naziri özəl onkoloji mərkəzə dövlət sifarişini niyə artırıb? Hüquq-mühafizə orqanları qoy araşdırma aparsın”
Ermənistanın səhiyyə nazirii Arsen Torosyanın mətbuat konfransında xoşəgəlmaz hal yaşanıb. Belə ki, nazir son aylarda sağlamlıq göstəricilərini təqdim edəndə Tamamyan salona girib və nazir üçün suallarının olduğunu bildirib.
Torosyan ona mətbuat konfransından sonra sual verə biləcəyini söyləyib, amma Tamamyan təkid etməyə başlayıb. Buna cavab olaraq nazir ayağa qalxaraq konfransı tərk edib.
Onkoloq və səhiyyə nazirinin keçmiş müşaviri Gevorg Tamamyan səhiyyə nazirini bu sistemdə islahatlar aparmamaqda və mütəxəssislərin bu sahəni yaxşılaşdırmaq səylərinə qəsdən mane olmaqda ittiham edib.
Nazir isə şəxsən Tamamyanla heç bir probleminin olmadığını deyərək, hadisə ilə bağlı açıqlama vermək istəməyib.
Tamamyan deyib: “Hüquq-mühafizə orqanları səhiyyədə nələrin baş verdiyini və niyə mütəxəssislərin özəl sektoru tərk etdiyini öyrənsinlər. Səhiyyə naziri Torosyan dövlət vəsaiti hesabına həyat yoldaşı tərəfindən idarə olunan bir mərkəzə 5 milyon dollardan çox pul bağışlayıb. Nazir dövlət sifarişini paylayarkən hansı meyarlara üstünlük verib? Səhiyyə naziri özəl onkoloji mərkəzə dövlət sifarişini niyə artırıb”.
Fadil PAŞAYEV
.
