Nazir: “Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub”backend

Nazir: "Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub"

“Zəlzələ nəticəsində bu günə qədər 120 polis əməkdaşı həlak olub”. 

KONKRET.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“Eyni zamanda kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də həyatını itirib”, – o, əlavə edib.

Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub:

“AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Çox böyük əməliyyat keçiririk. Çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda çoxlu işi görək”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*