Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı – VİDEObackend

Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı - VİDEO

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.

DİN mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib.

  • Tahire
    Dekabr 23, 2020 - 11:13

    Ayib olsun bele tehsil rehberine.Hem xesteliyi yayin ,hem.şehid analarina hörmetsizlik edin.Hamısına en yüksek cerime düşür. Utanmaz arsızlar.Biz Avropada yaşadigimiz halda,evde uşagimizs deyirik yeni ik kecirmeyek şehidimiz var bunlarin hereketine bax.Tehsilimiz görün kimlerin elinde.Gedib şehid esger ailelerine yardim etmekden uşag kimi tort kesir.Ailesine pul qazanan agzinda maska olan,Kamyon surucüsüne günahsiz yere 200 azn cerime buna bir töhmet ne edaletsiz memleket.

Tahire üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*