Nazirlərə “WhatsApp” və “Telegram”dan istifadə qadağan olundubackend

Nazirlərə "WhatsApp" və "Telegram"dan istifadə qadağan olundu

Fransa hökumətinin üzvləri bundan sonra “WhatsApp”, “Telegram” və “Signal” proqramlarından istifadə edə bilməyəcəklər.

KONKRET.az xəbər verir ki, müvafiq qərar respublikanın baş naziri Elizabet Born tərəfindən imzalanıb.

Sənəd nazirləri dekabrın 8-dək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiq edilməyən bütün mesajlaşma proqramlarını cihazlarından silməyə məcbur edir.

Nazirlər Kabinetinin üzvlərinə sənəddə “ANSSI-dən təhlükəsizlik sertifikatı almış yeganə mesajlaşma platforması” kimi təsvir edilən Fransız ani messencer Olviddən istifadə etmək tövsiyə olunur. Onu istifadə etmək üçün SİM karta və ya telefon nömrəsinə ehtiyac yoxdur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*