Nazirlik: Azad Rəhimovun komaya düşməsi ilə bağlı xəbərlər yalandırbackend

Nazirlik: Azad Rəhimovun komaya düşməsi ilə bağlı xəbərlər yalandır

Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır. 

KONKRET.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən Demokrat.az-a bildirilib.

Nazirlik Azad Rəhimovun səhhətində ciddi problemlərin yaranması barədə bu gün bir sıra internet resurslarında yayılan xəbərləri təkzib edib.

Verilən məlumata görə, nazir Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur.

Xatırladaq ki, “Unikal.org” saytı Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsi barədə xəbər yayıb.

Məlumatda qeyd olunur ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb:

“O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*