Nazirlik: Şəkər xəstələri mədə kiçiltmə əməliyyatı etdirə bilərlərbackend

Nazirlik: Şəkər xəstələri mədə kiçiltmə əməliyyatı etdirə bilərlər

“Xəstənin çəkisi həddən artıq yüksəkdirsə və psixoloji cəhətdən hazırdırsa, mədə kiçiltmə əməliyyatı etdirə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O, valideynlərdə şəkər xəstəliyinin olmasının övladlara təsirinə də aydınlıq gətirib.

“Əgər anada tip 1 şəkərli diabet varsa, uşaqda olma faizi 3-7 faizdir. Atada tip 1 şəkərli diabet varsa, övladda əmələ gəlmə ehtimalı 10 faizə qədərdir. Əgər valideynlərin hər ikisində şəkərli diabet varsa, uşaqda 70 faiz əmələ gəlmə ehtimalı var” – deyə o qeyd edib.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*